XƏBƏRLƏR / Diplomatiya

Çinin Azərbaycana yeni təyin olunmuş səfiri Bakıya gəlib

Bu barədə Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyindən bildirilib YENİLƏNİB

Çinin Azərbaycana yeni təyin olunmuş səfiri Bakıya gəlib
Lu Mey
  • Oxuma müddəti:

    3 dəqiqə

  • 10:37

    Çinin Azərbaycanda yeni təyin olunmuş səfiri Lu Mey qarşılıqlı anlaşmanın dərinləşdirilməsi, dostluq münasibətlərinin möhkəmləndirilməsi və ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Azərbaycan cəmiyyətinin bütün təbəqələrinin nümayəndələri ilə əlaqələri fəal şəkildə gücləndirməyə hazır olduğunu bildirib.

    Səfir bu sözləri Bakıya gəlişi zamanı bildirib.

    Onun sözlərinə görə, 2024-cü ildə dövlət başçıları tərəfindən Çin-Azərbaycan strateji tərəfdaşlığının qurulmasının elan edilməsi ikitərəfli münasibətləri yeni inkişaf mərhələsinə çıxarmağa kömək edib.

    "Çin və Azərbaycan bir-birinə etibar edən səmimi və mehriban dost, bərabərhüquqlu tərəfdaşlardır. 2000 ildən çox əvvəl Çin və Azərbaycan Böyük İpək Yolu vasitəsilə mədəni mübadilələrə, qarşılıqlı zənginləşmə və öyrənmə prosesinə başlayıb. 1992-ci ildə diplomatik əlaqələr qurulduqdan bəri ikitərəfli münasibətlər sabit şəkildə inkişaf edir. 2024-cü ilin iyul ayında Çin Sədri Si Cinpin və Azərbaycan Prezidenti İlham Əliyev Çin-Azərbaycan strateji tərəfdaşlığının qurulduğunu elan ediblər ki, bu da ikitərəfli münasibətləri yeni inkişaf mərhələsinə çıxarmağa kömək edib", - səfir qeyd edib.

    L.Mey vurğulayıb ki, qarşılıqlı dəstək sayəsində Çin və Azərbaycan təkcə ikitərəfli əməkdaşlıqda deyil, həm də qlobal arenada əhəmiyyətli uğurlar əldə ediblər.

    "Hər iki tərəf bir-birinə ardıcıl surətdə möhkəm dəstək göstərir və siyasi qarşılıqlı etimadı gücləndirir. Biz, həmçinin beynəlxalq arenada sıx əməkdaşlıq edir, birgə daha ədalətli və rasional dünya nizamının formalaşmasını təşviq edirik," – səfir əlavə edib.

    ***


    09:52

    Çinin Azərbaycana yeni təyin olunmuş səfiri Lu Mey aprelin 14-də diplomatik vəzifəsinin icrasına başlamaq üçün Bakıya gəlib.

    Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyindən bildirilib ki, Lu Meyi hava limanında Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndələri, həmçinin Çin səfirliyinin əməkdaşları və yüksək vəzifəli diplomatları qarşılayıblar.

    Qarşılanma mərasimində səfir qeyd edib ki, Çin və Azərbaycan təkcə səmimi və etibarlı dostlar deyil, həm də bərabərhüquqlu və qarşılıqlı faydalı tərəfdaşlardır.

    L.Mey vurğulayıb ki, iki ölkə liderinin strateji rəhbərliyi altında ikitərəfli əməkdaşlığın bütün istiqamətlərdə inkişaf etdiyi dövrdə Çini Azərbaycanda təmsil etmək onun üçün böyük şərəfdir.

    Qeyd edək ki, əvvəllər Çinin Azərbaycandakı səfiri vəzifəsini Qo Min tutub.