XƏBƏRLƏR / Diplomatiya

Trampın planları ilə Türkiyənin maraqları üst-üstə düşür

Bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərin paytaxtı Dohada deyib

Trampın planları ilə Türkiyənin maraqları üst-üstə düşür
  • Oxuma müddəti:

    1 dəqiqə

  • “Donald Trampın həyata keçirmək istədiyi siyasət Türkiyənin maraqları ilə üst-üstə düşür”.

    Bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərin paytaxtı Dohada keçirilən 23-cü "Doha Forumu"nda çıxışı zamanı səsləndirib.

    Nazir, Türkiyənin ilk növbətə Ukraynada atəşkəs tələb etdiyini bildirib: “Avrasiya bölgəsində bir çox çətinliklərlə üz-üzəyik. Ukraynada, eləcə də Qəzzada vəziyyət gərgin olaraq qalır. Suriyada isə proseslər müəyyən qədər yoluna düşməyə başlayıb.

    Trampın həyata keçirmək istədiyi siyasət Türkiyənin maraqları ilə üst-üstə düşür. Biz birinci növbədə Ukraynada atəşkəs istədik. Yaşananlardan çox ağır dərslər çıxardıq. Regionumuzda baş verən hadisələrdə vasitəçilik etməklə insanların üzləşdiyi çətinlikləri yüngülləşdirmiş oluruq”, - deyə Hakan Fidan qeyd edib.