XƏBƏRLƏR / Diplomatiya

XİN Tayvan ətrafındakı vəziyyətlə bağlı şərh verib

Rəsmi şərhi Xarici İşlər Nazirliyinin sözçüsü Ayhan Hacızadə səsləndirib

XİN Tayvan ətrafındakı vəziyyətlə bağlı şərh verib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayhan Hacızadə Tayvan ətrafındakı vəziyyətlə bağlı şərh verib:

    "Regionda sülhün və sabitliyin qorunması beynəlxalq təhlükəsizliyin vacib amilidir. Azərbaycan Respublikasının vahid Çin siyasəti ilə bağlı mövqeyi dəyişməz, aydın və ardıcıl olaraq qalır. Ölkəmiz Tayvanın müstəqilliyini tanımır. Biz mübahisələrin beynəlxalq hüquq çərçivəsində, suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanaraq sülh yolu ilə həllini dəstəkləyirik".