Ceyhun Bayramov mətbuat konfransı keçirir BİRBAŞA

Mətbuat konfransı ilin yekunlarına həsr olunub

  • Oxuma müddəti:

    3 dəqiqə

  • Xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında keçirir.

    XİN başçısı mətbuat konfransında KİV nümayəndələrinin suallarını cavablandıracaq.

    Nazirin verdiyi bəzi məlumatlar:

    - Azərbaycan gələn il sülh prosesini irəlilətmək üçün ikitərəfli dialoqa sadiq qalacaq;

    - Azərbaycan-Ermənistan sərhədlərinin ümumilikdə 13 km-ə yaxın ərazisi delimitasiya olunub. Ermənistanla delimitasiya prosesi davam edir;

    - Delimitasiya Komissiyasının iclasları Ermənistanda da ola bilər;

    - 2025-ci ildə Suriyaya 200 ton, Ukraynaya 44 milyon dollardan çox dəyərdə humanitar yardım göndərilib;

    -   Bakı ilə Moskva arasındakı gərginlik Ukrayna-Rusiya müharibəsi ilə bağlı deyildi;

    - "Rus Evi"nin ləğv olunma məsələsi başa çatıb;

    - Rəsmi Bakı 907-ci düzəlişin tam ləğv edilməsini gözləyir;

    - Ermənistanla sülh sazişinin imzalanması üçün TRIPP üzrə öhdəliklərin tam icrası mütləqdir.  Azərbaycanın əməkdaşlığı olmadan TRİPP marşrutu layihəsinin icrası mümkün deyil;

    - İrəvan bizə bildirib ki, TRIPP-in Ermənistandan keçən hissəsinin Rusiyaya aidiyyəti yoxdur;

    - Azərbaycan-Aİ əməkdaşlığının təşviqi sahəsində müsbət dinamika müşahidə edilir;

    - Aİ-dən Ermənistana 20 milyon avro ayrılacaq, eyni məbləğin bizə də ayrılması vacibdir;

    - Avropanın Azərbaycanda separatizmə qarşı tam başqa bir yanaşması var. Qərb ölkələrindən bizə qarşı ikili standartlar göstərilirdi.

    - Avropa Parlamentində qəbul edilən qətnaməyə dair hesabat verməyi vacib bilmirik;

    - Son illərdə Türk Dövlətləri Təşkilatına olan maraq əhəmiyyətli dərəcədə artıb;

    - Hərbi təlimlərin Azərbaycanda keçirilməsi bütün TDT üzvlərinin maraqlarına uyğundur. Türk Dövlətləri Təşkilatı daxilində ümumilikdə, 35-ə yaxın əməkdaşlıq istiqamətləri mövcuddur;

    - Bu gün Azərbaycanın 14 ölkənin enerji təhlükəsizliyində payı var;

    - Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti razılaşdırılıb;

    - Azərbaycan və Ermənistan arasında digər sahələrdə də ticarət mümkündür;

    - Hazırda BƏƏ, Qətər, Mərakeş, Serbiya, Çin kimi ölkələrlə vizasız gediş-gəliş rejimi mövcuddur. 5 ölkə ilə vizasız gediş-gəlişin təmin olunması üçün danışıqlar gedir;

    - Azərbaycan-İsrail münasibətləri ölkəmizin balanslı və neytral siyasət yürütməsinə mane olmur;

    -  Azərbaycan hərbçilərinin Qəzzada beynəlxalq stabilizasiya qüvvələrində iştirakı ilə bağlı qərar yoxdur;

    - Azərbaycan işğaldan azad olunmuş ərazilərdəki minaların xəritəsini Ermənistandan 2026-cı ildə də israrla tələb edəcək;

    - Bizim gözləntimiz Rusiya Prezidentinin Düşənbədə olan açıqlamalarına, üzrxahlığına uyğun olaraq prosesin başa çatdırılmasıdır. Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrikin AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı Azərbaycana məktub göndərib, məktubda cinayət işinə xitam verilməsi məlumatını bölüşüb, bu isə Azərbaycanda ciddi təəccüb doğurub. Güman edirəm ki, bu məsələyə də aydınlıq gətiriləcək;

    - Arzu edərdik ki, Rusiya-Ukrayna müharibəsi başa çatsın. Bizim siyasətimiz Rusiya-Ukrayna münaqişənin hansı şərtlərlə başa çatmasından asılıdır;

    - 3+3 formatında növbəti görüşün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi barədə təklifimiz qüvvədədir;