XƏBƏRLƏR / Diplomatiya

İran səfiri yardıma görə Azərbaycana təşəkkür etdi 

Müctəba Dəmirçilu: “Belə bir gündə yardım göstərmək müsbət addımdır”

İran səfiri yardıma görə Azərbaycana təşəkkür etdi 
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu gün İranın Bakıdakı səfiri Müctəba Dəmirçilu Azərbaycanın İrana növbəti dəfə göndərdiyi humanitar yardıma görə təşəkkür edib.

    Səfir bildirib ki, Azərbaycan çətin vəziyyətdə İrana dəstək göstərərək qardaşlıq münasibətlərini bir daha nümayiş etdirib:

    “Bu vəziyyətdə Azərbaycan İrana diqqət yetirib və qardaş və bacılarına kömək edib. Bu, ortaq mədəniyyətimizdən irəli gəlir və çətin anlarda bir-birimizə kömək edirik”. 

    O, habelə, qeyd edib ki, qarşıdan gələn Ramazan və Novruz bayramları ərəfəsində göstərilən bu yardım xüsusi əhəmiyyət daşıyır: “Belə bir gündə yardım göstərmək müsbət addımdır”.