XƏBƏRLƏR / Diplomatiya

Bu gün İran-ABŞ danışıqlarının 4-cü raundu keçiriləcək

Bu barədə “Mehr” məlumat yayıb

Bu gün İran-ABŞ danışıqlarının 4-cü raundu keçiriləcək
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 19:05

    ABŞ və İran arasında Tehranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının nizamlanması məqsədilə danışıqların növbəti raundu yaxın vaxtlarda keçiriləcək.

    Bu barədə İranın dövlət televiziyası IRIB məlumat yayıb.

    Qeyd edək ki, bu gün Maskatda yüksək səviyyəli dördüncü danışıqlar raundu başa çatıb. Danışıqlar ekspertlərin texniki məsləhətləşmələri ilə paralel şəkildə aparılıb. Tərəflər Oman hakimiyyətinin vasitəçiliyi ilə bilavasitə dialoqu davam etdirmək barədə razılığa gəliblər.

    ***

    10:14

    Bu gün ABŞ və İran arasında Tehranın nüvə proqramı ilə bağlı dolayı danışıqların dördüncü turu keçiriləcək.

    Bu barədə “Mehr” məlumat yayıb.

    Qeyd edək ki, dünən İran xarici işlər naziri Abbas Əraqçi ABŞ-la bərabər Avropa, Rusiya və Çinlə danışıqlar apardıqları bildirib. Tehranın nüvə silahı yaratmağa çalışmadığını söyləyən Abbas Əraqçi İranın nüvə zənginləşdirilməsi də daxil olmaqla, nüvədən energetika üçün istifadəsinin müzakirə mövzusu olmadığını vurğulayıb.