XƏBƏRLƏR / Diplomatiya

Azərbaycan və Ermənistan arasında sülh prosesi barədə

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov danışıb

Azərbaycan və Ermənistan arasında sülh prosesi barədə
Arxiv
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bir neçə istiqamət kontekstində martda Azərbaycanla Ermənistan arasında sülh sazişi mətni üzrə danışıqlar yekunlaşıb. Azərbaycanın Ermənistan tərəfindən bəlli bir legitim gözləntiləri var. Həmin gözləntilər Azərbaycanın ərazi bütövlüyünə olan iddiaların Ermənistan Konstitusiyasından çıxarılması, o cümlədən uzun illər tamamilə iflic bir vəziyyətdə olan və münaqişənin tamamlanması ilə məntiqi bir ehtiyac duyulmayan Minsk qrupunun ləğv edilməsidir. Bu istiqamətdə prosesləri izləyirik, təmaslar var. Ancaq bizim üçün önəmli addımlar əhəmiyyət kəsb edir.

    Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə müsahibəsində deyib.

    Nazirin sözlərinə görə, delimitasiya prosesi ilə bağlı bu il artıq bir neçə təmas olub: "Bildiyimiz kimi delimitasiya üzrə iki ölkənin baş nazirlərinin müavinlərinin rəhbərliyi ilə komissiyalar mövcuddur. İşlər davam edir və düşünürəm ki, orada təmaslar olacaq. Digər istiqamət Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat-kommunikasiya xətlərinin açılmasıdır. Burada da Azərbaycanın mövqeyi bəllidir. Biz Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləyirik"