Hakan Fidan Marko Rubio ilə telefonla danışıb
Türkiyə XİN rəhbəri ABŞ-ın dövlət katibi ilə Rusiya ilə Ukrayna arasındakı danışıqları müzakirə edib

Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ-ın dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.
NTV telekanalı xəbər verir ki, tərəflər Rusiya ilə Ukrayna arasındakı müharibənin dayandırılması istiqamətindəki addımlar və iyunun 2-də keçirilən İstanbul görüşünün nəticələri müzakirə edib.
Söhbət zamanı Suriya və Qəzzadakı son hadisələr ətrafında da fikir mübadiləsi aparılıb.