Rövşən Nüsrət oğlu Sadıqbəyli Azərbaycan Respublikasının Avstriya Respublikasında, eyni zamanda Sloveniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının BMT-nin Vyana şəhərindəki bölməsində, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, BMT-nin Sənaye İnkişafı Təşkilatı, Nüvə Enerjisi üzrə Beynəlxalq Agentliyi və Nüvə Sınaqlarının Tamamilə Qadağan Olunması üzrə Müqavilə Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Qalib Malik oğlu İsrafilov Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.
Tahir Tofiq oğlu Tağızadə Azərbaycan Respublikasının Macarıstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb..
Kamil Tacid oğlu Xasiyev Azərbaycan Respublikasının Serbiya Respublikasında, eyni zamanda Monteneqroda və Şimali Makedoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.
***
Rövşən Nüsrət oğlu Sadıqbəyli Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi təyin edilib.
Esmira Firudin qızı Cəfərova Azərbaycan Respublikasının Macarıstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Tahir Tofiq oğlu Tağızadə Azərbaycan Respublikasının Serbiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Kamil Tacid oğlu Xasiyev Azərbaycan Respublikasının Avstriya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.
1 dəqiqə