İran XİN rəhbərinin müavini Azərbaycana səfər edəcək
Səid Xətibzadənin səfəri gələn həftə baş tutmalıdır

İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri, nazir müavini Səid Xətibzadə Azərbaycana səfər edəcək.
Səid Xətibzadə gələn həftə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin dəvəti ilə Bakıya gələcək.