XƏBƏRLƏR / Diplomatiya

Türkiyənin yeni səfiri Azərbaycana gəlib

Səfiri Birol Akgün Cahit Bağçını əvəz edib

Türkiyənin yeni səfiri Azərbaycana gəlib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin Azərbaycana təyin edilən yeni səfiri Birol Akgün Bakıya gəldi.

    Qeyd edək ki, Birol Akgün sabah vəzifə səlahiyyətlərinin icrasına başlayacaq.

    Xatırladaq ki, 11 yanvar tarixində Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Birol Akgünü Azərbaycana yeni səfir təyin edib.

    Ötən ilin dekabrın 14-də isə Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçının diplomatik fəaliyyət müddəti başa çatıb

    Məlumatı Türkiyə səfirliyi verib.