İranın Gürcüstandakı səfirinə sahibsiz itlər hücum edib
Gürcüstan mediasının verdiyi məlumata görə, Seyid Əli Mocani yıxılıb və ayağını sındırıb
apsny.ge xəbər verir ki, İranın Gürcüstandakı səfiri Seyid Əli Mocani Tbilisi küçələrindən birində sahibsiz itlərin hücumuna məruz qalıb.

Nəşrin məlumatına görə, səfir itlərlə mübarizə aparmağa çalışsa da, yıxılıb və ayağını sındırıb.
Yerli sakinlər ona ilk tibbi yardım göstərib və təcili yardım çağırıblar.
1 dəqiqədən az