Ceyhun Bayramov Abbas Araqçı ilə görüşüb
Azərbaycan və İran XİN rəhbərləri Məşhəddə İƏT 28-ci Nazirlər Şurası çərçivəsində bir araya gəliblər
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı xarici işlər naziri Abbas Araqçı ilə görüşüb.
Bu barədə Azərbaycan XİN məlumat yayıb.
Xarici işlər nazirləri Azərbaycan-İran əməkdaşlığından irəli gələn iqtisadiyyat, ticarət, investisiyalar, nəqliyyat və kommunikasiya, enerji təhlükəsizliyi sahələrindəki məsələləri, eləcə də birgə təşəbbüslər və layihələri müzakirə ediblər.
Görüşdə Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu arasında əlaqələrin ən qısa zamanda başa çatdırılmasının və əldə olunan razılaşmaların həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.