XƏBƏRLƏR / Diplomatiya

İsveçrə səfiri İran Xarici İşlər Nazirliyinə çağırıldı

İRNA xəbər verir

İsveçrə səfiri İran Xarici İşlər Nazirliyinə çağırıldı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İsveçrənin Tehrandakı səfiri, eləcə də İranda ABŞ-nin maraqlarını təmsil edən Nadin Lozano İran Xarici İşlər Nazirliyinə çağırılıb.

    Bu barədə İRNA xəbər verib.

    Diplomata ABŞ rəsmilərinin İsrailin İrana hücumları ilə bağlı səsləndirdikləri bəyanatlarla əlaqədar etiraz bildirilib.

    XİN-də bildiriblər ki, ABŞ hökuməti İsrailin avantürizminin nəticələrinə görə məsuliyyət daşıyır.