XƏBƏRLƏR / Diplomatiya

Hakan Fidan Sergey Lavrovla telefonla danışıb

Türkiyə və Rusiya XİN rəhbərlərinin söhbəti haqda TASS xəbər yayıb

Hakan Fidan Sergey Lavrovla telefonla danışıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • TASS-ın Türkiyədəki diplomatik mənbəyə istinadən verdiyi xəbərə görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

    Agentliyin həmsöhbətinin sözlərinə görə, nazirlər Suriya və Ukraynada baş verənləri müzakirə ediblər.

    “Söhbət zamanı Suriyada, Ukraynada baş verən hadisələr, eləcə də enerji təhlükəsizliyi mövzusu müzakirə edilib”, - TASS-dakı mənbə bildirib.

    Danışıqların digər təfərrüatları açıqlamayıb.