XƏBƏRLƏR / Diplomatiya

“3+3” formatında görüş oktyabrın 18-də İstanbulda olacaq

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da bu gün İstanbula yola düşübYENİLƏNİB

“3+3” formatında görüş oktyabrın 18-də İstanbulda olacaq
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 18:00

    17 oktyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasına işgüzar səfərə yola düşüb.

    XİN-dən verilən xəbərə görə, səfər çərçivəsində nazir Ceyhun Bayramov 18 oktyabr tarixində İstanbul şəhərində keçiriləcək “3+3” formatında görüşdə iştirakı və çıxışı nəzərdə tutulub.

    Səfər çərçivəsində həmçinin ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.

    ***

    16:04

    “3+3” regional platformasının (Cənubi Qafqaz Regional Əməkdaşlıq Platforması) beş ölkəsinin xarici işlər nazirləri (XİN) sabah İstanbulda keçiriləcək nazirlər toplantısının yekunları üzrə birgə bəyanat qəbul edəcəklər.

    Bu barədə "TRT Haber" diplomatik mənbələrə istinadən məlumat yayıb.

    Sənəddə regional problemlərin və siyasi mübahisələrin tərəflər arasında bilavasitə dialoq, BMT-nin Nizamnaməsi, suverenlik, ərazi bütövlüyü, siyasi müstəqillik, sərhədlərin toxunulmazlığı, eləcə də insan hüquqlarına hörmət prinsipləri çərçivəsində həllinin vacibliyi vurğulanacaq.

    Görüşdə Rusiya xarici işlər naziri Sergey Lavrov, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və İran xarici işlər naziri Abbas Arakcı iştirak edəcəklər.

    Toplantı çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Hakan Fidanın Azərbaycan, Rusiya, İran və Ermənistanın XİN başçıları ilə ikitərəfli müzakirələri nəzərdə tutulub.

    Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Türkiyəyə gedir.

    Gürcüstan bu formatda iştirak etməyəcəyini bəyan edib.

    Azərbaycan XİN-dən bildiriblər ki, xarici işlər naziri Ceyhun Bayramov da bu gün İstanbula yola düşəcək.