Hakan Fidan Ararat Mirzoyanla telefonla danışıb
Bu barədə Ermənistan xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyi məlumat verib
9 oktyabrda Ermənistan Respublikasının xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan ilə telefon danışığı aparıb.
Nazirlər Ermənistan-Türkiyə əməkdaşlığı məsələlərini müzakirə ediblər.
Ararat Mirzoyan və Hakan Fidan həmçinin regional əməkdaşlıq və çoxtərəfli platformalar barədə fikir mübadiləsi aparıblar.
1 dəqiqədən az