XƏBƏRLƏR / Diplomatiya

İlin sonunadək Ermənistanla sülh müqaviləsi imzalana bilər?

Məsələyə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov aydınlıq gətirir

İlin sonunadək Ermənistanla sülh müqaviləsi imzalana bilər?
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanla Ermənistan arasında ilin sonuna qədər sülh müqaviləsinin imzalanmasının mümkünlüyünü şərh edib.

    Nazirin sözlərinə görə, danışıqlar prosesi iki komponentdən ibarətdir.

    “Onlardan biri fiziki təmasdır və bu vacibdir. Hazırda Azərbaycan nümayəndə heyətinin əsas diqqəti COP-a yönəlib. Bu səbəbdən dekabr ayına kimi üzbəüz görüşlər keçirmək mümkün deyil. Dekabr və ya yanvar başqa sualdır. Hələlik bu məsələ ilə bağlı konkret razılaşma yoxdur. Üzbəüz görüşlərlə yanaşı, sənəd üzərində iş davam etdirilir”.