Türkiyə və ABŞ Suriya ilə bağlı razılığa gəliblər YENİLƏNİB
Hakan Fidan və Antoni Blinken bu gün Ankarada görüşüb
14:54
Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ Dövlət katibi Antoni Blinken Suriya ilə bağlı bəzi məsələlər üzrə razılığa gəliblər.
"TRT Haber" xəbər verir ki, Ankarada keçirilən görüşdə tərəflər Suriyada sabitliyin ən qısa zamanda təmin edilməsinin, PKK-nın orada hökmranlığının qarşısının alınmasının prioritet olduğunu vurğulayıblar.
Görüşdə, eləcə də Suriyadakı sabitliyin həlli yolları müzakirə edilib.
***
11:32
Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ Dövlət katibi Antoni Blinken arasında görüş başlayıb.
Bu barədə CNN Türk məlumat yayıb.
Ankarada baş tutan görüşdə Suriyadakı son hadisələrin müzakirəsi gözlənilir.