Hikmət Hacıyev Aİ rəsmisi B.Martines-Karbonell ilə görüşüb
Bu barədə Aİ Xarici Fəaliyyət Xidmətinin baş katibi "X" hesabında yazıb

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinin baş katibi Belen Martines-Karbonell ilə görüşüb.
İkitərəfli əməkdaşlıq, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi və regional hadisələr müzakirə edilib.