İran-Amerika danışıqlarının növbəti mərhələsi Romada olacaq
Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi məlumat verib

İran İslam Respublikası cümə günü İtaliyanın paytaxtı Romada İran-Amerika danışıqlarının növbəti mərhələsinin keçirilməsi ilə bağlı Omanın təklifi ilə razılaşıb.
Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi məlumat verib.
İran İslam Respublikasının danışıqlar qrupu zənginləşdirmə və zülmkar sanksiyaların aradan qaldırılması da daxil olmaqla, dinc nüvə enerjisindən fayda əldə etməkdə İran xalqının ali hüquq və mənafelərini müdafiə etməkdə qətiyyətli və sarsılmazdır və bu istiqamətdə səy və təşəbbüslərini əsirgəməyəcəkdir.