Şin Betin rəhbəri Türkiyə kəşfiyyatının rəhbəri ilə görüşüb
"The Times of Israel" yazır
İsrail Baş Təhlükəsizlik Xidmətinin (Şin Bet) direktoru Ronen Bar Milli Kəşfiyyat İdarəsinin rəhbəri İbrahim Kalınla görüşmək üçün Türkiyəyə səfər edib.
Bu barədə “Times of Israel” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Kəşfiyyat xidmətlərinin rəhbərləri Qəzza zolağında atəşkəslə bağlı danışıqların bərpası səylərini və Ankaranın bu işdə köməklik göstərməsi imkanlarını müzakirə ediblər.
Daha əvvəl adı açıqlanmayan ərəb rəsmisi “The Times of Israel”ə bildirib ki, Fələstinin “HƏMAS” hərəkatı rəhbərliyinin nümayəndələri hazırda Türkiyədədir.