ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfər edəcək
Bu barədə İsveçrə Xarici İşlər Nazirliyi (XİN) xəbər verir
İsveçrənin federal xarici işlər naziri İqnasio Kasis Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri qismində Azərbaycana rəsmi səfər edəcək.
Bu barədə İsveçrə Xarici İşlər Nazirliyi (XİN) xəbər verir.
Məlumata görə, Azərbaycana səfəri zamanı İ.Kasis ikitərəfli münasibətlər, Cənubi Qafqazda sülh prosesi, eləcə də İsveçrənin ATƏT-ə sədrliyinin regiondakı rolu məsələlərinə dair danışıqlar aparacaq.
Bildirilib ki, Azərbaycandan sonra ATƏT sədri Türkmənistana səfər edəcək. Azərbaycan və Türkmənistana səfər tarixləri 4–5 avqustdur.
Bu səfər regional turun ilk mərhələsidir. Tur bu ilin payızında Ermənistan və Gürcüstana səfərlərlə davam edəcək.
1 dəqiqədən az