Rusiya XİN rəhbəri Sergey Lavrov Bakıya gəlib YENİLƏNİB
Lavrov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə 7-ci Konfransın sammitində iştirak edəcək
16:52
Rusiya XİN rəhbəri Sergey Lavrov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak etmək üçün Bakıya gəlib.
Bu barədə TASS məlumat yayıb.
***
14:54
Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Rusiyanın xarici işlər naziri Lavrov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə 7-ci Konfransın (CICA) sammitində iştirak etmək üçün oktyabrın 15-də Bakıya gələcək.
Konfransın gündəliyindən əlavə, iştirakçılar aktual beynəlxalq və regional məsələlər barədə də fikir mübadiləsi aparacaqlar.
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Konfransın (CICA) 7-ci sammiti oktyabrın 15-də Bakıda keçiriləcək.
1 dəqiqədən az