ABŞ və Britaniyanın Azərbaycandakı səfirləri görüşüb
Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi bəyan edib
ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Mark Libbi Böyük Britaniyadan olan həmkarı Fergus Auldla görüşüb.
Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin paylaşımında bildirilib.
Səfir görüşdən çox məmnun qaldığını qeyd edib.
“Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld ilə görüşməkdən çox məmnunam. Mən ərazilərin minalardan təmizləməsinə dair yardımımız daxil olmaqla, Azərbaycanda və Qafqazda paylaşdığımız məqsədlər üzərində birgə işləməyimizi səbirsizliklə gözləyirəm”, - səfir Mark Libbi vurğulayıb.