XİN mina terroru ilə bağlı paylaşım etdi
Beynəlxalq ictimaiyyət Ermənistanın minalardan istifadə etməklə Azərbaycana qarşı davam edən mina terroruna göz yummamalıdır.
Azərbaycanın Xarici İşlər Nazirliyi Qazaxda mina partlayışı nəticəsində 23 yaşlı şəxsin xəsarət almasına münasibət bildirib.
Bu barədə Nazirliyin “X” hesabında paylaşım edilib.
Bildirilib ki, 2020-ci ildən ötən müddətdə 381 nəfər mina partlayışının qurbanı olub.
Paylaşımda həmçinin Ermənistan tərəfinin mina xəritələrini verməkdən imtina etməsinin adıçəkilən ölkənin sülh və münasibətlərin normallaşması prosesində iştirakı məsələsi ilə ziddiyyət təşkil etdiyi bildirilib.
Qeyd olunub ki, beynəlxalq ictimaiyyət Ermənistanın minalardan istifadə etməklə Azərbaycana qarşı davam edən mina terroruna göz yummamalıdır.