Ararat Mirzoyan sabah Moskvaya gedəcək
Nazirin səfəri haqda Ermənistanın Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan məlumat yayıb
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yanvarın 21-də Moskvaya səfər edəcək.
Bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində onun rusiyalı həmkarı Sergey Lavrovla görüşü, bundan sonra isə nazirlərin birgə mətbuat konfransı nəzərdə tutulub.