XƏBƏRLƏR / Diplomatiya

ABŞ səfirliyi Azərbaycanla "soyuq müharibə"yə davam edir

Diplomatlar AzTV-də gedən süjetə "X" sosial şəbəkəsində cavab verib

ABŞ səfirliyi Azərbaycanla "soyuq müharibə"yə davam edir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • ABŞ-ın Azərbaycandakı səfirliyi bazar günü AzTV-də yayımlanan və Dövlət departamentinin katibi Antoni Blinkeni və ümümilikdə Bayden administrasiyasını tənqid edən süjetdən narazı qalıb. Diplomatlar süjeti qeyd edərək "X" sosial şəbəkəsində kəskin paylaşım edib:

    "Hökumətin azad mediaya və vətəndaş cəmiyyətinə təzyiqləri ilə bağlı beynəlxalq tənqid bir şeyin nəticəsidir: hökumətin azad media və vətəndaş cəmiyyətinə təzyiqləri. 2023-cü ilin noyabrından bu yana otuza yaxın jurnalist və bloqqerin həbs olunduğu faktdır. Səbəbini soruşmaq “qorxaqlıqdır”? Yoxsa buradakı faktiki “qorxaqlıq” Azərbaycan ictimaiyyətini bu faktdan yayındırmaq cəhdidir? Media Savadlılığı Həftəsi; müxtəlif məlumat mənbələri axtarmağı, rəvayətləri sorğulamağı və yanılmaya qarşı diqqətli olmağı unutmayın".

    Siyasi müşahidəçilər səfirliyin məhz bu gün - AzTV-nin süjetindən 4 gün keçəndən sonra - verdiyi bəyanatı dünən Prezident İlham Əliyevin "RİA novosti"yə verdiyi müsahibədə Bayden administrasiyasını qınaması ilə əlaqələndirirlər.