Ceyhun Bayramov Almaniyanın xarici işlər naziri ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Yohan David Vadeful ilə ikitərəfli əlaqələrinin və regional inkişafları müzakirə ediblər
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniyanın xarici işlər naziri Yohan David Vadeful ilə görüşüb.
Bu barədə XİN-in sosial media hesabında məlumat verilib.
Müzakirələr Azərbaycan-Almaniya ikitərəfli əlaqələrinin, o cümlədən siyasi dialoq, enerji təhlükəsizliyi, yaşıl keçid, ticarət, nəqliyyat və humanitar əməkdaşlığın inkişafına yönəldilib.
Regional inkişaflar, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşma prosesi, münaqişədən sonrakı bərpa səyləri də müzakirə olunan mövzular sırasında olub.
1 dəqiqədən az