XƏBƏRLƏR / Diplomatiya

Matəm günü ABŞ səfirliyi bayraqları yarıya endirdi

Bu barədə səfirliyin “X” hesabında paylaşım edilib

Matəm günü ABŞ səfirliyi bayraqları yarıya endirdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ səfirliyində Azərbaycanda matəm günü ilə əlaqədar bayraqlar yarıya endirilib.

    Bu barədə səfirliyin “X” hesabında paylaşım edilib.

    “Birləşmiş Ştatlar dünənki faciəvi qəzada həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara isə tezliklə sağalmağını arzulayır. ABŞ səfirliyi, azərbaycanlı tərəfdaşlarımızla həmrəylik əlaməti olaraq bayrağını endirib və qarşıdakı çətin günlərdə lazım ola biləcək hər hansı yardımı göstərməyə hazır olduğunu bildirir”, - Səfir Libbi qeyd edib.