XƏBƏRLƏR / Diplomatiya

Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb

XİN xəbər verir

Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Sentyabrın 20-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-ın Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb.

    Bu barədə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

    Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Baş Assambleyasının 81-ci sessiyasında, o cümlədən bir sıra digər beynəlxalq tədbirlərdə çıxış etməsi, habelə sessiyanın yüksək səviyyəli həftəsi çərçivəsində xarici dövlət rəsmiləri və beynəlxalq təşkilatların rəhbərləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.