XƏBƏRLƏR / Diplomatiya

Lavrov MDB səfirlərini bir araya gətirib

Görüşdə Azərbaycanın səfiri Rəhman Mustafayev də iştirak edib

Lavrov MDB səfirlərini bir araya gətirib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Müstəqil Dövlətlər Birliyinin üzvü olan dövlətlərin Rusiyada akkreditə olunmuş səfirləri ilə ənənəvi görüş keçirib.

    Görüşdə Azərbaycanın səfiri Rəhman Mustafayev də iştirak edib.

    İştirakçılar aktual beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıb və 2025-ci ildə Avrasiya inteqrasiya birlikləri çərçivəsində çoxtərəfli əməkdaşlığın nəticələrini ümumiləşdiriblər.