XƏBƏRLƏR / Diplomatiya

Rusiya Azərbaycana nota verib YENİLƏNİR

Azərbaycanın Rusiyadakı səfiri XİN-ə dəvət olunub

Rusiya Azərbaycana nota verib YENİLƏNİR
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 16:22

    Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevə "Bakının qeyri-dost hərəkətlərinə görə etiraz edilib".

    Bu barədə Rusiya XİN məlumat yayıb.

    Rusiyalı jurnalistlərin "dərhal azad edilməsi tələbi ilə" səfirə şifahi nota təqdim edilib.

    ***

    11:50

    Azərbaycan səfiri çağırıldığı Rusiya Xarici İşlər Nazirliyini təxminən bir saat sonra tərk edib.

    ***

    10:40

    Azərbaycan Rusiyadakı səfiri Rəhman Mustafayev Bakıda "Sputnik" agentliyinin rusiyalı jurnalistlərinin saxlanması ilə bağlı çağırıldığı Rusiya Xarici İşlər Nazirliyinə gəlib.