XƏBƏRLƏR / Diplomatiya

Rusiya XİN Robert Köçəryanın həbsi ilə bağlı şərh verib

XİN sözçüsü Mariya Zaxarova "RİA Novosti" müxbirinin Ermənistandakı vəziyyət və Köçəryanın həbsi ilə bağlı sualını cavablandırıb

Rusiya XİN Robert Köçəryanın həbsi ilə bağlı şərh verib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə Robert Köçəryanın həbsi ilə bağlı məsələyə şərh verib.

    O, qeyd edib ki, Rusiya suveren dövlətlərin daxili işlərinə qarışmır.

    Lakin o, bildirib ki, Ermənistanda Rusiya ilə daha güclü münasibətlər üçün mübarizə aparan siyasi qüvvələrə qarşı repressiyalar davam edir ki, bu da Ermənistan cəmiyyətinin tələblərinə ziddir.

    "Rusiya ilə müttəfiqlik münasibətlərinin qorunması və möhkəmləndirilməsi üçün mübarizə aparan siyasi qüvvələrə və şəxslərə qarşı əsl repressiyaların artması davam edir. Əlbəttə ki, bu, Ermənistan cəmiyyətinin ikitərəfli əlaqələrin mütərəqqi inkişafı tələblərinə açıq şəkildə ziddir", - Zaxarova bildirib.

    Rusiya gözləyir ki, Rusiya ilə ənənəvi ikitərəfli əməkdaşlığı gücləndirmək üçün çalışan Ermənistandakı siyasi partiyalar, ictimai xadimlər və fəallar ölkənin daxili siyasi həyatında sərbəst şəkildə iştirak edə və onun inkişafına töhfə verə biləcəklər, - Zaxarova qeyd edib.