Moskva Azərbaycan-Ermənistan Birgə Bəyanatından məmnundur
Bu barədə Rusiya XİN sözçüsü Mariya Zaxarova danışıb
Rusiya XİN sözçüsü Mariya Zaxarova Bakı və İrəvan arasındakı əlaqələrdən razı qaldığı haqda yazıb: "Moskva Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş Naziri Aparatının iki ölkə arasında münasibətləri normallaşdırmaq və sülh müqaviləsi bağlamaq üçün qarşılıqlı niyyətlərini təsdiq edən Birgə Bəyanatını məmnunluqla qarşılayıb. Biz Bakı ilə İrəvan arasında Ermənistan və Azərbaycan hərbi qulluqçularının azad edilməsinə dair razılaşmanı alqışlayırıq."