Sergey Lavrov Hakan Fidana zəng edib
Rusiya və Türkiyə xarici işlər nazirləri həm də Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
Rusiya tərəfinin təşəbbüsü ilə Lavrovun Fidanla telefon danışığı olub.
Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Rusiya və Türkiyə Xarici İşlər nazirliklərinin rəhbərləri Qara dəniz regionunda, o cümlədən Cənubi Qafqazda, o cümlədən regional “3+3” platformasının fəaliyyətinin inkişafı kontekstində vəziyyət vurğulanmaqla regional gündəliyin cari məsələləri müzakirə edilib.
Rusiya-Türkiyə əməkdaşlığının müəyyən aspektlərinə, eləcə də müxtəlif səviyyələrdə qarşıdakı təmasların qrafikinə toxunulub.