İranın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatıb.
Bu barədə IRNA agentliyi İran Xarici İşlər Nazirliyindəki məlumatlı mənbəyə istinadən bildirib.
Məlumata görə, İranım Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin diplomatik missiyası başa çatıb.
Mövcud razılaşmalar çərçivəsində İranın yeni səfiri Azərbaycana göndəriləcək.
Qeyd edək ki, Musəvi 2020-ci ildə Azərbaycana səfir təyin olunub.
Xatırladaq ki, SEPAH-a bağlı media İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvini istefaya çağırmışdı.