SEPAH İranın Azərbaycandakı səfirini istefa verməyə çağırıb
Buna səbəb səfir Abbas Musəvinin BAKU TV-yə verdiyi müsahibə olub
“Cənab səfir, istefa ver!”: İran öz səfirinin Bakıdakı müsahibəsindən qəzəblənib.
Bunu SEPAH-la bağlı "Tasnim" Xəbər Agentliyi İranın Azərbaycandakı səfiri Abbas Musəvinin Baku TV-yə verdiyi müsahibə ilə bağlı öz "X" səhifəsində yazıb.
Agentlik bunun bir sıra səbəblərə görə problemli olduğunu, azərbaycanlı jurnalistin İran səfirliyinə uyğun olmayan geyimdə gələrək İran rəsmisinə hörmətsizlik göstərdiyini vurğulayıb.
Media vurğulayır ki, səfirin bir sıra suallara cavabları İranın maraqlarını qorumayıb və zəif mövqedən çıxış edib və buna əsaslanaraq media səfiri istefaya çağırıb.
Qeyd edək ki, səfir Musavi müsahibəsində Novruz bayramı ərəfəsində Azərbaycan və İran prezidentlərinin Xudafərində görüşəcəyi barədə anons vermişdi.