İlham Əliyev və İbrahim Rəisi Xudafərində görüşəcəklər
Azərbaycan və İran Prezidentlərinin görüşü barədə İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi məlumat verib
İran səfiri Azərbaycan və İran prezidentləri arasında görüş keçiriləcəyini açıqlayıb.
Novruz bayramından əvvəl Azərbaycan və İran prezidentləri Xudafərinə səfər edəcəklər.
Bu barədə İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi məlumat verib.
“Ümid edirəm ki, yaxın vaxtlarda iki ölkənin energetika nazirləri hazırlıq işlərinin görülməsi üçün görüşəcəklər, dövlət başçılarının iştirakı ilə sərhəddə “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyalarının və müvafiq bəndlərin açılış mərasimi keçiriləcək, - diplomat bildirib.
Səfir qeyd edib ki, Araz üzərindəki körpüdə buraxılış məntəqəsinin, eləcə də Ağbənddədəki körpü üzərində avtomobil və dəmir yolu xəttinin tezliklə istifadəyə verilməsi istiqamətində də işlər davam etdiriləcək.