Rusiyanın erməni mənşəli teleaparıcısı Qazaxstana sataşdı
Tina Kandelakinin açıqlaması Qazaxstan deputatları və ziyalıları arasında haqlı qəzəb doğurub
Rusiyalı teleaparıcı Tina Kandelaki öz Telegram kanalında Qazaxıstanda rus dilinin sıxışdırıldığını bildirib. Bu yazıya səbəb bir neçə dəmir yolu stansiyalarının, məsələn, “Uralsk”ın “Oral”, “Uzen”in “Janaozen” adlandırılması olub. Kandelaki bunu "şübhəli qərar" adlandırıb.
Kandelakinin bu qalmaqallı açıqlamasına artıq Qazaxıstanın deputatları, eləcə də jurnalist və teleaparıcı Dinara Satjan cavab verib.
"Hörmətli Tina! Əvvəla, biz müstəqil suveren dövlətik. Yaxşı bir rus atalar sözü var: "Öz qaydaları ilə başqasının monastırına soxulmurlar." İmkan verin hansı dəmir yolu vağzalını necə adlanacağını özümüz qərar verək.
İkincisi, müstəqillik illərində Qazaxıstan Sovet hakimiyyəti illərində itirdiyi ana dilini tədricən geri qaytarır.
Üçüncüsü, rus dili ölkəmizdə rəsmi millətlərarası ünsiyyət dili, qazax dili isə dövlət dilidir. Bu, Konstitusiyamızda təsbit olunub”, - deyə Satjan cavab verib.
Qeyd edək ki, Tina 1975-ci il noyabrın 10-da Tbilisidə anadan olub.
Atası - Givi Şalvoviç Kandelaki yunan əsilli gürcü, anası Elvira Georgievna Alaverdyan isə ermənidir.