"Qriqoryanın açıqlaması təxribatdır"
Rusiya prezidentinin sözçüsü Dmitri Peskov belə deyib
Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Moskvanın İrəvana təzyiqləri barədə açıqlamasını şərh edib. Peskov bu barədə "news.am"a açıqlama verib.
O qeyd edib ki, Qriqoryanın açıqlaması təxribat xarakteri daşıyır: "Rusiya rəsmilərindən heç kim bu barədə açıqlama verməyib. Ermənistana bu məsələ ilə bağlı heç nə çatdırılmayıb".
Qeyd edək ki, A.Qriqoryan Rusiyanın Ermənistana ittifaq dövlətinə qoşulmaq və Azərbaycana dəhliz vermək üçün təzyiq etdiyi barədə açıqlama vermişdi.