Ermənilərin maşın karvanına bir yük maşını da qoşuldu
İrəvandan Qarabağa göndərilən humanitar yardım karvanına qoşulan yük maşını Fransanın "hədiyyə"sidir
İrəvandan Qarabağa göndərilən "humanitar yardım karvanı"na daha bir yük maşını qoşulub. Bu, "Artsax xalqına həmrəylik və dəstək əlaməti olaraq" bir sıra Fransa şəhərlərinin təşəbbüsüdür". Erməni mənbələri belə deyib.
Ermənistana məxsus humanitar yük maşınları 15 gündür şərti Azərbaycan-Ermənistan sərhədindədir.