Salome Zurabişvili "səfir konfransı"na dəvət edilmədi
Bu barədə Gürcüstan prezidentinin administrasiyası xəbər verib
Gürcüstan Prezidenti Salome Zurabişvili “səfir konfransı”na – Gürcüstanın diplomatik nümayəndəlikləri və konsulluq idarələri rəhbərlərinin illik görüşünə dəvət almayıb.
Gürcüstan prezidentinin administrasiyası xəbər verir ki, “Gürcüstan Avropa İttifaqına namizəd ölkədir” şüarı altında keçirilən səfirlərin hazırkı konfransını baş nazir İrakli Qaribaşvili və xarici işlər naziri İliya Darçiaşvili açıblar.
Ötən il Zurabişvili də “protokolu kobud şəkildə pozduğuna görə” konfransda iştirak etməmişdi.
Qeyd edək ki, Zurabişvilinin hakim “Gürcü Arzusu” partiyasının hərəkətlərini, xüsusən də onun Rusiya Federasiyasına münasibətini tez-tez tənqid etməsi son aylarda Gürcüstan hakimiyyəti ilə prezident arasında münasibətlərin pisləşməsinə səbəb olub.