İsrail BMT nümayəndələrinə viza verməyəcək
Bu barədə Tel-Əvivin Təşkilatdakı daimi nümayəndəsi Gilad Erdan bildirib
İsrail BMT nümayəndələrinə viza verməyəcək.
“The Times of İsrael” nəşri xəbər verir ki, bu barədə Tel-Əvivin Təşkilatdakı daimi nümayəndəsi Gilad Erdan bildirib.
Onun sözlərinə görə, bu qərarın qəbul olunmasına səbəb BMT-nin Baş katibi Antonio Quterreşin HƏMAS-İsrail münaqişəsi ilə bağlı bəyanatları olub:
“HƏMAS terror təşkilatı İsrail sərhədini keçib böyük əksəriyyəti mülki şəxslər olmaqla 1400 nəfəri öldürdüyü halda, Quterreş BMT Təhlükəsizlik Şurasının HƏMAS-İsrail münaqişəsi ilə bağlı keçirilən iclasında deyib ki, HƏMAS səbəbsiz yerə hücum etməyib və bunu etiraf etmək lazımdır".
Erdanın sözlərinə görə, BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffitsə viza verilməsindən artıq imtina edilib.
“Onlara dərs vermənin vaxtı çatıb”, - deyə o vurğulayıb.