Fransa səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb
Fransa PKK\YPG\YPJ terrorçularını Senatda qəbul edib, onlar ölkənin fəxri medallarıyla təltif olunub
Fransanın Ankaradakı səfiri Herve Maqro Xarici İşlər Nazirliyinə çağırılıb. Diplomatik mənbələrdən alınan məlumata görə, terror təşkilatı üzvlərini Senatda qəbul etməsi pislənilib və Türkiyənin terrorla mübarizə çərçivəsində Fransa səlahiyyətlilərindən gözləntiləri təkrarlanıb.
Terror təşkilatı PKK-nın Suriya filialı olan YPG və onların qadın qolu YPJ üzvlərinin Fransa Senatında qəbul edilmədiyi və fəxri medallarla təltif edildiyi Maqroya bildirilib.
Hadisə Türkiyə tərəfindən şiddətlə qınandı. PKK/PYD/YPG və qondarma Suriya demokratik qüvvələrinin (SDQ) Türkiyəyə və suriyalılara qarşı hücumları, bölgədəki separatçı və sabitliyi pozan fəaliyyətləri diqqətə çatdırılıb.
Bundan başqa, Türkiyənin terrorla mübarizə çərçivəsində Fransa səlahiyyətlilərindən gözləntiləri Maqroya təkrarlandı. Bu kontekstdə Fransadan PKK-nın Suriyadakı genişlənməsinə beynəlxalq legitimlik qazandırmaq səylərinə haqq verməməsi istənilib. Fransadan Türkiyə sərhədlərinin və türk xalqının təhlükəsizliyinə dəstək vermək, Suriyanın birliyini və ərazi bütövlüyünü qorumaq, müttəfiqlik ruhuna uyğun həmrəylik nümayiş etdirmək tələb olunub.
Mövzuyla əlaqədar Fransa səlahiyyətliləri əvvəl Türkiyənin Parisdəki səfirliyi tərəfindən cəhdlər edilmiş və sərt reaksiya ifadə edilmişdir.