Rusiyalı teleaparıcı Qazaxıstanda "persona non grata" oldu
Tina Kandelakinin Qazaxıstana girişinə qadağa qoyulacaq
Rusiyalı teleaparıcı, təbliğatçı, TNT kanalının baş prodüseri Tina Kandelakinin Qazaxıstana girişinə qadağa qoyulacaq, Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov bildirib.
“Lazım gələrsə, tədbirlər görülür. Bu gün və ya sabah bizdən bunu (girişi qadağan olunanların siyahısı) tələb etməyin, amma dövlət bunu heç vaxt bağışlamayacaq. Ola bilsin ki, o, Qazaxıstana getmir, amma gəlmək qərarına gəlsə, onu içəri buraxmayacaqlar”, – Qazaxıstan KİV-i Smadiyarovdan sitat gətirir.
Tina Kandelaki daha əvvəl Telegram kanalında Qazaxıstanda rus dilini dövlət səviyyəsində sıxışdırmağa davam etdikləri barədə bir yazı dərc edib. Bu açıqlamaya səbəb “Uralsk” dəmir yolu stansiyalarının adının “Oral” və “Uzen”in “Janaozen” adlandırılması olub.