Bişkekdə Putinə görə Ukrayna səfirliyi lövhə ilə bağlandı
Putin Qırğızıstan paytaxtına KTMT-nin zirvə toplantısında iştirak etmək üçün gəlib
Zirvə toplantısına ev sahibliyi və bu ilin sonuna qədər KTMT-yə sədrlik edən Qırğızıstan hakimiyyəti rusiyalı qonağını Bişkekdəki Ukrayna səfirliyinin mümkün "təxribatlarından" o qədər effektiv şəkildə qoruya bilib ki, Vladimir Putin "təhlükənin" haradan gəldiyini belə görə bilməzdi.
Məsələ burasındadır ki, 90-cı illərdə Ukraynanın səfirliyi, sözün əsl mənasında, Rusiya Prezidentinin son rəsmi qarşılanma mərasiminin Bişkekdə keçirildiyi Qırğızıstan Prezidentinin "Yntımak Ordo" iqamətgahının yanında yerləşdırılıbmiş. Qırğızlar nəhəng bir mühəndislik konstruksiyası tikiblər, onun üstündə Rusiyanın üçrəngli bayrağını daşıyan nəhəng bir lövhə quraşdırıblar ki, Ukrayna səfirliyinin ərazisini və onun qarşısında qoyulmuş sarı-mavi bayraq Rusiya Prezidentinin gözündən uzaq olsun.
Ukraynanın Qırğızıstandakı səfirliyi bu məsələyə hələ şərh verməyib.
1 dəqiqə