Ermənistanın müvəqqəti işlər vəkili Belarus XİN-ə çağırılıb
Bu barədə RİA xəbər yayıb YENİLƏNİB
Ermənistanın müvəqqəti işlər vəkili İrəvanda Belarus diplomatik missiyasının binasına qarşı vandalizm fonunda Belarus Xarici İşlər Nazirliyinə çağırılıb.
Nazirliyin mətbuat katibi RİA-ya bildirib.
Rusiya əleyhinə bəyanatlar verən Ermənistanın “Respublika uğrunda” partiyasının nümayəndələri Belarus səfirliyinə kartof, yumurta və pomidor atıblar.
Buna səbəb Lukaşenkonun bəzi postsovet dövlətlərinin Rusiyadan nə isə almaq istədiyini, amma əvəzində heç nə vermədiyini bildirən və Ermənistanın Qərbdə heç kimə lazım olmadığını vurğulayan sözləri olub.
***
15:53
Belarusun İrəvandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib.
Bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Buna səbəb Belarus Prezidenti Aleksandr Lukaşenkonun son açıqlamaları olub.
Aksiya iştirakçıları səfirliyin binasına pomidor, yumurta və kartof atıblar.
Avqustun 19-da A.Lukaşenko Rusiya mətbuatına verdiyi müsahibədə Ermənistan hökumətini tənqid edib: “Siz Ermənistanın siyasətini də görürsünüz. Bu necə siyasətdir?! Ermənilər bizdən başqa kimə lazımdır?! Heç kimə. Elə isə iqtisadiyyatlarıını inkişaf etdirib öz resurslarına köklənsinlər. Hansı Fransa və ya hansı Makron? Sabah Makron da hakimiyyətdə olmayacaq və hər kəs Ermənistanı unudacaq. Eynilə Amerika Birləşmiş Ştatları ilə olduğu kimi”, - Lukaşenko qeyd edib.