XƏBƏRLƏR / Qalmaqal

Fiqurlu konkisürən Veronika Jilina Azərbaycan pasportu alıb

Rusiya Fiqurlu Konkisürmə Federasiyası Jilinanın Azərbaycan komandasına keçidinə etiraz edib

Fiqurlu konkisürən Veronika Jilina Azərbaycan pasportu alıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 16 yaşlı rusiyalı fiqurlu konkisürən Veronika Jilina Azərbaycan pasportu alıb.

    İdmançı onurğasından ağır zədə aldığını və iki mövsüm Rusiyada yarışmadığını bildirib.

    O, sağalma yolunda ona kömək edən hər kəsə minnətdarlığını bildirib.

    "Həyatım artıq bir neçə ildir ki, Bakı ilə bağlıdır... Pasport almışam. Azərbaycan sevdiyim və ikinci vətənimi tapdığım ölkədir. Keçid üçün icazə almağı çox səbirsizliklə gözləyirəm!" - Jilina sosial şəbəkədə yazıb.

    Sabah Jilinanın 17 yaşı tamam olacaq.

    Bir gün əvvəl Rusiya Fiqurlu Konkisürmə Federasiyası fiqurlu konkisürməçinin Azərbaycan komandasına keçidini bəyənmədiyini açıqlamışdı.