XƏBƏRLƏR / Qalmaqal

Əlcəzair parlamenti Fransa Senatı ilə əlaqələri kəsdi

Bu barədə Əlcəzair mediası yazır

Əlcəzair parlamenti Fransa Senatı ilə əlaqələri kəsdi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Əlcəzairin Millət Şurası (parlamentin yuxarı palatası) Fransa Senatı ilə əlaqələrin dərhal kəsdiyini elan edib. Bu qərar Fransa Senatının sədrinin Saharada yerləşən və bəzi beynəlxalq aktorlar tərəfindən işğal olunmuş ərazi hesab edilən Laayuna şəhərə səfərinə cavab olaraq qəbul edilib.

    “Fransa Senatının sədrinin Laayuna səfəri beynəlxalq legitimliyi pozur və Fransanın daimi üzvü olduğu BMT Təhlükəsizlik Şurasının qərarlarına ziddir. Onun missiyası insan hüquqlarını və müstəmləkə edilmiş xalqların öz müqəddəratını təyinetmə hüququnu müdafiə etməkdir və onları pozmağa, silməyə, ləğv etməyə və ya inkar etməyə cəhd etməməkdir”, - Əlcəzair Millət Şurasının bəyanatında deyilir.

    Həmçinin, Əlcəzair mediası Parisin Əlcəzairin yüksək rütbəli məmurlarına münasibətdə Fransa ərazisinə girişə məhdudiyyətlər qoymasını aktiv şəkildə müzakirə edir. Əlcəzair səlahiyyətliləri beynəlxalq təcrübənin tələb etdiyi kimi, Paris tərəfindən bu qərardan onlara məlumat verilmədiyini bildiriblər.